reklam
Sportfm.az xəbər saytı

"Emin Mahmudov ən çox maaş alan futbolçu olacaq” -"Neftçi"nin prezidenti


“Emin Mahmudov “Neftçi”də qalsa, Azərbaycanda ən çox maaş alan üç futbolçudan biri olacaq”.

Sportfm.az xəbər verir ki, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri müqavilə müddəti iyunun sonuna qədər olan kapitan Emin Mahmudova yüksək məbləğdə məvacib təklif etdiklərini gizlətməyib.

O, yekun qərarın Azərbaycan Kubokunun final görüşündən sonra veriləcəyini söyləyib: “Azərbaycan futbolçuları ölkə çempionatında pik səviyyəyə çatandan sonra başlayırlar düşünməyə. Emin Mahmudov da heç bir qərar verməyib. Onunla 3-4 gün əvvəl şəxsən söhbətim olub. Kubokun final oyunundan sonra birlikdə oturub qərar verəcəyik. Söhbət təkcə maddiyyatdan getmir. Təklifimiz çox yaxşıdır, digər illərlə müqayisədə rəqəmlər yüksəkdir”.

Kamran Quliyev yarımmüdafiəçinin legioner həyatı yaşamaq ehtimalını da istisna etməyib: “Emin xaricə getməli olsa, özü üçün yeni macəra axtaracaq. Ancaq hələ qərar verilməyib”.

Oxşar xəbərlər

Emin Mahmudovdan 50-ci qol
Emin Mahmudov “Neftçi”dən ayrılır - Azərbaycanda qalmaq istəmir
Emin Mahmudov “Neftçi” ilə davam edəcək - Razılaşma
Emin Mahmudov Şotlandiyaya gedəcək - Xarici mətbuat
“Neftçi”də ötən il ən çox oyun keçirən futbolçu - Emin Mahmudov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər