2 futbolçuya ömürlük cəza -Qərar
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, 2 futbolçu futboldan ömürlük kənarlaşdırılıb. Bunlar MOİK-in üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyevdir. Onlar danışılmış oyunlarda iştiraka görə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçi" komandalarının da şərəfini qoruyub.
Oxşar xəbərlər
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar
Ramal Hüseynovun şikayəti təmin edilmədi - Qərar
AFFA "Neftçi" və "Keşlə"nin şikayətini təmin etdi
AFFA-nın cəzasından apellyasiya şikayəti verildi
Nizami Hacıyevlə, Mirhüseyn Seyidov futboldan ömürlük uzaqlaşdırıldı - AFFA açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası