reklam
Türk azarkeşlərə Ermənistanda stadion qadağası -
Sportfm.az xəbər saytı

Türk azarkeşlərə Ermənistanda stadion qadağası -Avro-2024


Türkiyə millisi Avro-2024-ün seçmə mərhələsinin ilk turu çərçivəsində səfərdə Ermənistanın qonağı olacaq.

Sportfm.az xəbər verir ki, "ay-ulduzlular" səfər matçında dəstəksiz qalacaq. Türk azarkeşlərin stadiona girişinə icazə verilməyəcək. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Buna baxmayaraq matç üçün Türkiyədə xatirə bilətləri satışa çıxarılacaq. Həmin biletlərin satışından əldə olanan gəlir zəlzələdən əziyyət çəkən insanlar üçün keçirilən yardım kampaniyasına bağışlanacaq.

Qeyd edək ki, Ermənistan - Türkiyə qarşılaşması 25 mart tarixində, Bakı vaxtilə saat 21:00-da, Vazgen Sarqsyan adına Respublika Stadionunda baş tutacaq.

Oxşar xəbərlər

"Beşiktaş" Bakıda - FOTOLAR
"Beşiktaş" "Sabah"la matç üçün xatirə bilətləri satışda
"Beşiktaş" ulduz futbolçusunu Bakıya gətirmir
Baş ağrısına görə Türkiyə millisindən kənarlaşdırıldı
Messi, Mbappe və Neymar Türkiyəyə dəstək oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər