Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İspaniya millisi 20 ildir evdə xal itirmir
İspaniya millisi Avropa çempionatlarının seçmə mərhələlərində evdəki qələbə seriyasını 23 matça çatdırıb.
Sportfm.az xəbər verir ki, komanda Luis de la Fuentenin rəhbərliyi altında debüt oyununda Norveçi böyük hesabla məğlub edib - 3:0.
İspanlar sonuncu dəfə seçmə mərhələdə 2003-cü il iyunun 7-də ev oyununda xal itiriblər. Komanda Yunanıstana 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, İspaniya millisi Avro-2024-ün seçmə mərhələsində martın 28-də Şotlandiya ilə səfərdə qarşılaşacaq.
Oxşar xəbərlər
İspaniya millisi milyonlar qazandı
İspaniya Avro-2024-ün qalibi oldu
İspaniya millisinin əsas forması - FOTO
İspaniya millisi Luis Enrike ilə yollarını ayırdı - RƏSMİ
19 ildən sonra bu baş verdi - Seriya qırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası