reklam
Premyer Liqaya vəsiqəni təmin etdi
Sportfm.az xəbər saytı

Premyer Liqaya vəsiqəni təmin etdi


Azərbaycan birinci divizionunda 24-cü tura start verilib.

Sportfm.az xəbər verir ki, bugünkü görüşlərdən sonra  Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib.

Bu, hazırda turnir cədvəlində birinci olan "Araz Naxçıvan"dır. Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in liderə çatmaq şansı qalmayıb.  Aktivində 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri -  "Neftçi-2" və "Qəbələ-2"ni çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.
Bu o deməkdir ki, mövsümün sonunda lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

Oxşar xəbərlər

Birinci divizionda çempion məlum oldu - 2022-2023 mövsümü
“Zaqatala” səfərdə qalib gəldi - Birinci Divizion
24-cü tura start verildi - Birinci divizion
“Araz Naxçıvan” MOİK-i qəbul edəcək - Birinci Divizion
"Araz-Naxçıvan" "Zirə"yə qarşı - I Divizion

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər