reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" mərhələ adladı -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Ağdamın “Qarabağ” komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşıb. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olub.

"Qarabağ" 90+5-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.

1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Qarşılaşmaya saat 18:00-da start veriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.

21 dekabr

14:00. “Qarabağ” – MOİK - 1:0

Qol: Nəriman Axundzadə, 90+5

Xankəndi şəhər stadionu

Oxşar xəbərlər

"Qarabağ" Tovuzda qalib gəldi - Misli Premyer Liqası
"Neftçi" 1/4 finalda - Azərbaycan Kuboku
"Qarabağ" tarixi oyuna xüsusi forma ilə çıxdı - FOTO
“Qarabağ” Xankəndidə MOİK-lə qarşılaşacaq - Azərbaycan Kuboku
İlk 1/4 finalçı bilindi - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər