reklam
Sportfm.az xəbər saytı

"Neftçi" 1/4 finalda -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Həmçinin oxuyun: Xankəndidə tarixi oyun

Ağdamın “Qarabağ” komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşıb. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olub.

"Qarabağ" 90+5-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.

1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edib və 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

21 dekabr

18:00. “Neftçi” – “Qaradağ Lökbatan” - 4:0

Qollar:Aaron Olanare, 23, Murad Qayalı, 74-avtoqol, Yeqor Boqomolski, 76, Şinyaşiki, 80
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli

Oxşar xəbərlər

"Qarabağ" mərhələ adladı - Azərbaycan Kuboku
"Qarabağ" tarixi oyuna xüsusi forma ilə çıxdı - FOTO
“Qarabağ” Xankəndidə MOİK-lə qarşılaşacaq - Azərbaycan Kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar müəyyən oldu
“Qaradağ Lökbatan” – MOİK matçında bərabərlik - I Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər