reklam
Sportfm.az xəbər saytı

"Hakimlərsiz futbol yoxdur!” - Futbol Federasiyası bəyanat yaydı


İspaniya Kral Futbol Federasiyası (RFEF) son vaxtlar La Liqadakı çoxsaylı hakim qalmaqalları fonunda bəyanat yayıb.

Sportfm.az xəbər verir ki, federasiya hakimlərin müdafiəsinə qalxıb:

“RFEF hakimlərə dəstəyini, həmrəyliyini və etibarını göstərmək istəyir. Biz həmçinin, VAR danışıqlarının müxtəlif audio yazılarının oğurlanmasını və yayılmasını qətiyyətlə pisləyirik. Çünki bu, məlumatların qorunmasının açıq şəkildə pozulmasıdır. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

İspaniyalı hakimlər Avropada və bütün dünyada etalondur. Bunu hətta dünya çempionatı və ya Çempionlar Liqası kimi böyük turnirlərə hakimlərimizi təyin edən UEFA və FİFA da etiraf edir.

Hakimlər bu idman növünün ayrılmaz hissəsidir və onlara layiq olan hörmət sosial davranışın mühüm nümunəsidir. Hakimlərsiz futbol yoxdur!”

Oxşar xəbərlər

“Neftçi” Tamaşla bağlı bəyanat yaydı
Səudiyyə Ərəbistanı ərizə təqdim etdi - Dünya çempionatı üçün
AFFA bəyanat yaydı
İspaniya Futbol Federasiyasının prezidenti istefaya göndərildi
İspaniyalı UEFA-nı tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər