reklam
Yankoviç Bundesliqa klubuna keçir
Sportfm.az xəbər saytı

Yankoviç Bundesliqa klubuna keçir


Almaniyanın “Auqsburq” klubu “Qarabağ”ın futbolçusu Marko Yankoviçlə maraqlanır.
Sportfm.az xəbər verir ki, Almaniya klubunun nümayəndələri Ağdam təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendəki “Qarabağ”la cavab görüşünü stadiondan izləyiblər.

“Auqsburq”un təmsilçilərindən biri Monteneqro yığmasının yarımmüdafiəçisinin iştirakı ilə daha bir oyuna baxacaq.

Bu dəfə almanlar Antalyada Monteneqro və Belarus yığmaları arasında yoldaşlıq görüşünə yollanacaq.
Bundesliqa təmsilçisinin mövsümün sonunda Yankoviçin transferi ilə bağlı “Qarabağ”a rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Yankoviçin Ağdam klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Oxşar xəbərlər

"Qarabağ"ın futbolçusu Belçikaya qarşı 70 dəqiqə oynadı
Yankoviçin çıxışı onların diqqətindən yayınmadı
"Qarabağ"ın legioneri Serbiyaya qarşı oynadı - AVRO-2024
Rusiya klubu "Qarabağ"ın oyunçusu ilə maraqlanır
“Qarabağ” "Auqsburq"la bərabərə qaldı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər