Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
PSJ UEFA Superkubokunun qalibi oldu
Fransa təmsilçisi PSJ İngiltərənin "Tottenhem" klubuna qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub.
Sportfm.az xəbər verir ki, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
39-cu dəqiqədə Mikki van de Ven londonluları hesabda önə çıxarıb. Kristian Romero 48-ci dəqiqədə "mahmızlar"ın üstünlüyünü iki topa çatdırıb.
Bununla belə, Paris kollektivi qarşılaşmada dönüş yaratmağa müvəffəq ola bilib. 85-ci dəqiqədə Li Kan İn, 90+4-cü dəqiqədə isə Qonsalu Ramuş fərqlənməklə qarşılaşmanı penaltilər seriyasına daşıyıblar.
Burada daha dəqiq oynayan (4:3) Luis Enrikenin rəhbərlik etdiyi komanda Superkuboka sahib çıxıb.
Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.
Ötən il UEFA Superkubokunu İtaliyanın "Atalanta" komandasını 2:0 hesabı ilə məğlub edən "Real" (Madrid, İspaniya) qazanıb. "Kral klubu" UEFA Superkubokunda ən çox qələbə qazanan komandadır. Madridlilərin muzeyində 6 belə mükafat var.

Oxşar xəbərlər
UEFA Superkubokunun qalibi müəyyən olacaq
"Krallar" muzeyinə daha bir kubok apardı
İngiltərə Superkubokunun qalibi məlum oldu
Parislilər Çində Fransa Superkubokunu qazandı - FOTO
Bu gün UEFA Superkubokunun qalibi məlum olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa

Misli Premyer Liqası