Taekvondoçularımız Türkiyədə 6 medal qazandılar
Azərbaycan taekvandoçuları Türkiyənin Çərkəzköy şəhərində təşkil edilmiş “Zəfər kuboku” beynəlxalq turnirində iştirak ediblər.
Sportfm.az xəbər verir ki, səkkiz ölkədən 375 idmançının iştirak etdiyi turnirdə Azərbaycan idmançıları 6 medal qazanıblar.
Medallardan ikisi yarışın son günü əldə olunub. Belə ki, 2 saylı “Gömrükçü” İdman Klubunun yetirmələri Mirhilal Həsənov (37 kq) və Cavid Məmmədov (54 kq) turnirdə gümüş medal qazanıblar.
Yarışın ilk günü isə Səadət Quliyeva (30 kq) gümüş, Zeynəb Məmmədova (30 kq), Osmanov Osman (33 kq) və Mehriban Məmmədova (44 kq) bürünc medallara layiq görülüblər.
Beləliklə, baş məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda yarışda üç gümüş və üç bürünc medalla sahib olub
Oxşar xəbərlər
Cüdoçularımız Türkiyədə 12 medal qazandılar
Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı - FOTO
Taekvandoçularımız vətənə medallarla döndü - FOTO
“Təhsil”in yetirmələri beynəlxalq turnirdə medallar qazandı - FOTO
Uşu-sandaçılarımız dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası