reklam
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq -
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq -Çempionlar Liqası


“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycan çempionu əsas mərhələnin 1-ci turu çərçivəsində “Uypeşt”lə (Macarıstan) qarşılaşacaq. Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da baş tutacaq matç saat 16:00-da start götürəcək.

Görüşün hakimləri Viktor Şeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaqlar. Dominik Lorke (Polşa) “timekeeper”, Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Naxçıvan təmsilçisi oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara”, 30-da isə Polşanın “Piast” komandası ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" Polşaya bu heyətlə yollandı - SİYAHI
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlandı - Çempionlar Liqası
"Araz-Naxçıvan"ın bütün rəqibləri məlum oldu - Çempionlar Liqası
“Araz-Naxçıvan”ın rəqibləri bilindi - Çempionlar Liqası
“Araz-Naxçıvan” üçün önəmli oyun - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər