reklam
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi -
Sportfm.az xəbər saytı

Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi -FİFA U-15 Dünya Çempionatı


Oktyabrın 26-da Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmalarda Azərbaycan millisi əvvəlcə İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb. Günün sonunda millimiz Haiti yığması ilə qarşılaşıb. Görüş Haiti millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Sportfm.az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin gün ərzində keçirdiyi hər iki qarşılaşmanı izləyib. O, həmçinin milli komandanın üzvləri ilə görüşərək futbolçularla səmimi söhbət edib.

Gün ərzində FİFA prezidenti Canni İnfantino da Hövsan Yarış Kompleksini ziyarət edib. FİFA prezidenti müxtəlif qarşılaşmaları izləyib, yarış meydançalarında olub, futbolçular və turnirin təşkilində çalışan əməkdaşlarla söhbət edib.

FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində qarşılaşmalar növbəti oyun günlərində də davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15
U-15 millimiz Avtraliyadan 3 top buraxdı
Hövsan FIFA U-15 dünya çempionatına tam hazırdır
Venger Hövsan Yarış Kompleksinə baş çəkdi
AFFA prezidenti Canni İnfantino ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər