reklam
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
Sportfm.az xəbər saytı

“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq


Qadın voleybolçulardan ibarət “Turan” komandasının CEV Çempionlar Liqasındakı növbəti qarşılaşması canlı yayımlanacaq.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə üz-üzə gələcək.

Oktyabrın 29-da Zaqrebdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Voleybolsevərlər görüşü CBC Sport telekanalı vasitəsilə canlı izləyə biləcəklər.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk qarşılaşma “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

"Turan" ÇL-də ilk oyuna çıxır
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Yığmamızın matçları canlı yayımlanacaq - Yoldaşlıq qarşılaşması
"Qəbələ"nin səfər matçı canlı yayımda
“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər