reklam
Şahmat üzrə respublika birinciliyi başa çatdı -
Sportfm.az xəbər saytı

Şahmat üzrə respublika birinciliyi başa çatdı -FOTO


Salyan şəhər 2 nömrəli tam orta məktəbin idman zalında “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.

Sportfm.az xəbər verir ki, finalda 6 yaş qrupu üzrə (6, 8, 10, 12, 14, 16 yaşlaradək) oğlan və qızlar arasında keçirilən zona yarışlarında 1 və 2-ci yerləri tutan, həmçinin finalda birbaşa oynamaq hüququ qazanan yüksək reytinqli şahmatçılar iştirak ediblər. Ümumilikdə final mərhələsinə 140 məktəbli qatılıb.

Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, rayon rəhbərliyinin, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Birincilikdə yaş qrupları üzrə 1, 2 və 3-cü yerləri tutan oğlan və qız şahmatçılar diplom və medallarla təltif olunublar.

Oxşar xəbərlər

“Qarabağ Azərbaycandır!” - Beynəlxalq turnir keçiriləcək
“Təhsil” kubokuda 40-a yaxın ölkədən şahmatçılar mübarizə aparacaqlar
Respublika çempionatı başladı - 5 gün davam edəcək
Boks üzrə açıq birincilik başa çatdı
Cüdo üzrə respublika birinciliyinin qalibləri mükafatlandırıldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər