reklam
Milan
Sportfm.az xəbər saytı

Milan "İnter"inin sabiq ulduzu Bakıya gəlir


Avropa Liqası növbəti dəfə Bakıda futbol azarkeşlərini sevindirəcək. 

Sportfm.az xəbər verir ki, 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də paytaxtımıza gələcək.  

Həmin gün, saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş Kresponun imza günü təşkil olunacaq. Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər. 

Saat 13:00-da isə muzeydə Ernan Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək. 

Ernan Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998/99 mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş həyatda olan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb. 

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

Oxşar xəbərlər

Mirabdulla Abbasov imza payladı - FOTO
Milli üzvləri imza paylayacaq
Argentinalı ulduzun Bakı səfəri - FOTOLAR
Ernan Krespo: "Ola bilər ki, gələcəkdə Azərbaycanda məşqçi kimi fəaliyyət göstərim"
UEFA Avropa Liqasına həsr olunmuş muzey Bakıda!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər