reklam
Argentinalı ulduzun Bakı səfəri  -
Sportfm.az xəbər saytı

Argentinalı ulduzun Bakı səfəri -FOTOLAR


Dekabrın 22-dən etibarən Bakıda fəaliyyətə başlayan UEFA Avropa Liqası muzeyində E.Krespo AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, gələn il keçiriləcək final qarşılaşması barədə fikir mübadiləsi aparılıb. Sonra argentinalı futbol ulduzunun imza mərasimi təşkil olunub.
Sportfm.az xəbər verir ki, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan tədbirdə  muzeyə daxil olanlar E.Krespodan avtoqraf almaq, onunla şəkil çəkdirmək imkanı qazanıblar. Tədbirin sonunda UEFA-nın ulduz səfirinin media üçün brifinqi keçirilib.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

Oxşar xəbərlər

Baş katib Andreas Scharla görüşdü - FOTO
Milli üzvləri imza paylayacaq
Milan "İnter"inin sabiq ulduzu Bakıya gəlir
UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər