Ernan Krespo:"Ola bilər ki, gələcəkdə Azərbaycanda məşqçi kimi fəaliyyət göstərim"
Avropa Liqası növbəti dəfə Bakıda futbol azarkeşlərini sevindirib.
Sportfm.az xəbər verir ki, 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də paytaxtımıza gəlib.
UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş Kresponun imza günü təşkil olunub. Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biliblər. Daha sonra isə muzeydə Ernan Krespo mətbuat nümayəndələri üçün brifinqi keçirib. Argentinalı tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
- Final matçına gələcəksiniz?
- Hazırda baş məşqçi kimi çalışıram. Təbii ki, vaxtım olsa, Bakıya mütləq gələcəm.
- Avropa Liqasının finalında hansı komandaları görmək istərdiniz?
- Vaxtilə mənim oynadığım klubları finalda görmək xoş olardı.
- Sizin şərəfini qoruduğunuz "Çelsi" və "İnter" Azərbaycan çempionu "Qarabağ"la oynayıb. Həmin qarşılaşmaları izləmək imkanınız olubmu?
- "Qarabağ"ın heç bir görüşünə baxmamışam.
- Gələcəkdə Azərbaycanda çalışa bilərsiniz?
- Ola bilər ki, gələcəkdə Azərbaycanda məşqçi kimi fəaliyyət göstərim.
Oxşar xəbərlər
Milli üzvləri imza paylayacaq
Argentinalı ulduzun Bakı səfəri - FOTOLAR
Avropa Liqası Muzeyinin rəsmi açılış mərasimi keçirildi - FOTO
Milan "İnter"inin sabiq ulduzu Bakıya gəlir
UEFA Avropa Liqasına həsr olunmuş muzey Bakıda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası