reklam
Sportfm.az xəbər saytı

"Yoxlama matçlarında gücümüzü yoxlamalıyıq" -Covanni Kaprara


Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir barədə fikirlərini bölüşüb. 

Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis təşkilatçı Braziliyanın təqdimata ehityacının olmadığını bildirib. O, Dominikan Respublikası yığmasının son illər çox irəlilədiyini, Kamerunun isə dünya çempionatında pis təsir bağışlamadığını əlavə edib. "Bir sözlə, bizim üçün çətin olacaq" deyən Kaprara qrup mərhələsini keçməyə çalışacaqlarını vurğulayıb.

Hazırlıq prosesinə iki həftədir başladıqlarını xatırladan Kaprara iki məsələnin düşündürücü olduğunu söyləyib: "İlk olaraq, biz komanda kimi birgə çox məşq keçirməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq".

Qeyd edək ki, təsnifat turniri 1 - 3 avqustda olacaq. Azərbaycan millisi D qrupunun oyunlarına Bakıda hazırlaşır. 

Oxşar xəbərlər

Azərbaycandan Türkiyəyə
Yığmamız Olimpiya Təsnifat Turnirinə yollandı
Millimiz olimpiada üçün Rusiyada hazırlığa başladı
Millimizin heyəti açıqlandı - SİYAHI
Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər