Millimiz olimpiada üçün Rusiyada hazırlığa başladı
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının növbəti mərhələsi üçün Rusiyaya yollanıb.
Sportfm.az xəbər verir ki, Covanni Kapraranın baş məşqçi olduğu yığma Bolqarıstan toplanışında iki dəfə yerli komanda ilə yoxlama oyunu keçirib. Bunların birincisində 1:3 (23-25, 19-25, 25-21, 25-27) hesabı ilə uduzan Azərbaycan millisi növbətisində eyni hesabla qalib gəlib - 3:1 (25-23, 25-14, 17-25, 25-21).
Rusiyada da yerli yığma ilə bir neçə yoxlama oyunu keçirəcək komanda daha sonra Türkiyəyə yollanacaq.
Qeyd edək ki, toplanış 1 - 3 avqustda Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə hazırlıq xarakteri daşıyır. Azərbaycan millisi D qrupunda təşkilatçı ölkə ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə yer alıb. Komanda Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Belarusa gedir
Yığmamız Kameruna qalib gəldi
Millimiz Braziliyadakı son yoxlama oyununda uduzdu
Yığmamız Olimpiya Təsnifat Turnirinə yollandı
Millimizin heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası