reklam
Sportfm.az xəbər saytı

"Səbail" Kamal Bayramovu UEFA-ya sifariş etmədi


"Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Krayova" klubu ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportfm.az xəbər verir ki, siyahıda "dənizçilər"in yeni transferi Kamal Bayramovun adı yoxdur. 33 yaşlı əlcək sahibinin iştirak ərizəsində olmamasının səbəbi isə onun zədəli olmasıdır.

Bu barədə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib. 

"Kamalın adı iştirak ərizəsinə daxil edilmədyib. Onun yüngül zədəsi var", - deyə klub rəsmisi qeyd edib.

Bayramovun əvəzinə isə "Səbail" iştirak ərizəsinə komandanın qapıçılar üzrə məşqçisi Fərhad Vəliyevi qeyd edib. 38 yaşlı mütəxəssis artıq ikinci dəfə karyerasını bərpa edib. 

Bundan əlavə, Daniel Bojinovski və Elxan Əhmədov da sifariş edilən qapıçılardır. 

Fərhad Vəliyev ilk olaraq 2018-ci ildə karyerasını bitirmiş və "Səbail"də məşqçiliyə başlamışdı. Ancaq o, ötən mövsüm karyerasını bərpa etmiş və "Səbail"in oyunlarında iştirak ərizəsinə daxil edilirdi. Ötən mövsüm başa çatdıqdan sonra əlcəklərini mıxdan asdığını deyən qapıçı Kamalın zədə almasına görə geri dönüb. (sportal.az)

 

Oxşar xəbərlər

"Qarabağ" yeni transferini iştirak ərizəsinə daxil etdi - SİYAHI
"Səbail" Avropa Liqası üçün 21 futbolçu sifariş etdi - SİYAHI
"Səbail"in qapısını məşqçi qoruyacaq!
"Çərçivəyə qayıdan" Fərhad Vəliyev: "Belə məsləhət gördülər"
Vəliyev Sumqayıtı Bakıya dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər