"Səbail"in qapısını məşqçi qoruyacaq!
Mövsüm başa çatdıqdan sonra əlcəklərini mıxdan asan Azərbaycan millisinin sabiq qapıçısı Fərhad Vəliyev "Səbail"də məşqçi fəaliyyətini davam etdirməyə qərara almışdı.
Sportfm.az xəbər verir ki, 38 yaşlı Vəliyev Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Krayova" klubu ilə oyunlar üçün "Səbail"in UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə daxil edilib.
Vəliyev ilk olaraq 2018-ci ildə karyerasını bitirmiş və "Səbail"də məşqçiliyə başlamışdı. Ancaq o, ötən mövsüm karyerasını bərpa etmiş və "Səbail"in oyunlarında iştirak ərizəsinə daxil edilirdi. Ötən mövsüm başa çatdıqdan sonra karyerasını bitidrdiyini deyən qapıçı yenə də geri dönüb.
Fərhad Vəliyev əsas komandada qapıçılar üzrə məşqçidir.
Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı beş dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Vəliyev Azərbaycan millisində 32 oyun keçirib.
Oxşar xəbərlər
"Səbail" Kamal Bayramovu UEFA-ya sifariş etmədi
"Çərçivəyə qayıdan" Fərhad Vəliyev: "Belə məsləhət gördülər"
Vəliyev getdi, Cənnətov müqaviləni uzatdı, komanda yeni qapıçı axtarır
Vəliyev Sumqayıtı Bakıya dəyişdi
Fərhad Vəliyevdən şok qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası