Vəliyev Sumqayıtı Bakıya dəyişdi
Mövsüm başa çatdıqdan sonra butsılarını mıxdan asan milli komandamızın sabiq qapıçısı Fərhad Vəliyev məşqçi fəaliyyətinə başlayıb.
Sportfm.az xəbər verir ki, 37 yaşlı mütəxəssis "Səbail" klubunda qapıçılar üzrə məşqçi olacaq. Bu barədə məlumatı Vəliyev saytımıza açıqlamasında deyib.
Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Vəliyev milli komandamızda 32 oyun keçirib. İllərin təcrübəsi karyerasına "Sumqayıt"da son qoyub.
Oxşar xəbərlər
İlnur Vəliyev Azərbaycana qayıtdı
"Səbail" Kamal Bayramovu UEFA-ya sifariş etmədi
"Səbail"in qapısını məşqçi qoruyacaq!
"Çərçivəyə qayıdan" Fərhad Vəliyev: "Belə məsləhət gördülər"
Fərhad Vəliyevdən şok qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası