reklam
Azərbaycanın Tokio olimpiadası üçün hədəflədiyi lisenziyaların sayı məlum oldu -
Sportfm.az xəbər saytı

Azərbaycanın Tokio olimpiadası üçün hədəflədiyi lisenziyaların sayı məlum oldu -VİDEO


Azərbaycan 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ən azı 50 lisenziya hədəfləyib.

Sportfm.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

"Gələn il həm Azərbaycanda, həm də xaricdə böyük idman yarışları, Bakı Olimpiya Stadionunda futbol üzrə 2020-ci il Avropa çempionatının 4 oyunu keçiriləcək. Bizim üçün çox vacib olanı isə Tokio olimpiadasıdır" deyən A.Rəhimov hazırda Azərbaycan idmançılarının müxtəlif təsnifat yarışlarında mübarizə apardıqlarını diqqətə çatdırıb: "Ötən həftə cüdoçularımız Yaponiya paytaxtındakı dünya çempionatında iştirak etdilər. Onlar medallarla yanaşı, olimpiadada iştirak üçün çox vacib olan xallar qazandılar. Qarşıda bizi yenə müxtəlif lisenziya turnirləri gözləyir. Belə düşünürük ki, "Tokio-2020"yə ən azı 50 idmançı ilə qatılacağıq. Onlardan, həmişəki kimi, böyük uğur və çoxlu medal gözləyirik".

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin 24 iyul - 9 avqustunda keçiriləcək. Hələlik Tokio olimpiadasına 2 idmançı - atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev lisenziya qazanıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 17 növdə 56 idmançı təmsil edib. (report)

Oxşar xəbərlər

“Qəbələ”nin idmançıları lisenziya qazandı - Tokio-2020
Olimpiadaya lisenziya qazanmış idmançıların taleyi necə olacaq? - AÇIQLAMA
Olimpiya və Paralimpiya komitələri arasında memorandum imzalandı
Azərbaycan Olimpiya Oyunlarına yeddinci lisenziyasını qazandı
Güləşçimiz olimpiadaya lisenziya qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər