reklam
“Qəbələ”nin idmançıları lisenziya qazandı -
Sportfm.az xəbər saytı

“Qəbələ”nin idmançıları lisenziya qazandı -Tokio-2020


Azərbaycanın və “Qəbələ” İdman Klubunun iki cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportfm.az xəbər verir ki, bunlar Kəramət Hüseynovla (60 kq) Uşanqi Kokauridir (+100 kq). Onlar Beynəlxalq Cüdo Federasiyasının (İJF) açıqladığı Olimpiada iştirakçılarının siyahısında yer alıb.

Kəramət İJF-nın Olimpiya reytinqində 3080 xalla 19-cu yerlə Olimpiadada iştirak hüququna yiyələnib. 3208 xala malik Uşanqi isə 18-ci yerlə bu vəsiqəyə sahib çıxıb.

Tokiodakı yarış Hüseynovun ilk Olimpiadası olacaq. Rio-2016-nın iştirakçısı olan Kokauri isə ikinci dəfə bu yarışa qatılacaq.

Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan cüdo tarixində bir ilk - Bütün çəkilərdə lisenziya
Triatlonçumuz lisenziya qazandı - Tokio-2020
Sotomayor Tokio-2020-yə lisenziya qazandı
Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq
Azərbaycanın Tokio olimpiadası üçün hədəflədiyi lisenziyaların sayı məlum oldu - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər