Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançılarımız lisenziya xarakterli turnirdə qüvvəsini sınayacaq
3-10 aprel tarixlərində Tailandın Banqkok şəhərində yeniyetmələr arasında 7-ci dünya birinciliyi keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu turnir gələn il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Yüzə yaxın ölkədən 538 atletin (179 qız və 359 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparacaq. Artıq heyətimiz də məlumdur. Onunla aşağıda tanış ola bilərsiniz:
Qızlar: Səbinə Əzimova (48 kq).
Oğlanlar: İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Şükürlü Mayıl (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq)
Oxşar xəbərlər
Azərbaycanı dünya çempionatında 3 ağırlıqqaldıran təmsil edəcək
Ağır atletika üzrə Avropa birinciliyi üçün millimizin heyəti açıqlandı
15 yaşlı idmançımız Kosovaya yollanacaq
Olimpiya Oyunlarına ilk lisenziya ağır atletika yığmamızdan gəldi!
Əli Hüseynov nədə 3-cü oldu?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası