Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançımız Avropa Festivalında medal qazandı
Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalı davam edir.
Sportfm.az saytı xəbər verir ki, bu mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Qızların mübarizəsində 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova yalnız finalda uduzaraq gümüş medal qazanıb. Fransa və Rusiya cüdoçularına qalib gələn Vüsalə həlledici qarşılaşmada Belçika nümayəndəsi Jente Verstraytenlə görüşüb. Gərgin mübarizədən Belçika cüdoçusu qalib ayrıllb. Yeniyetmə cüdoçularımızın Olimpiya festivalında mübarizəsi davam edir.
Oxşar xəbərlər
İdmançımız gümüş medal qazandı
Cüdoçularımız 4 medal qazandı
Macarıstanda daha bir medal qazandıq
Avropa Çempionatının qəhrəmanları vətənə döndü - FOTO
Yeniyetmə cüdoçumuz Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası