Fərhad Vəliyevdən şok qərar
"Sumqayıt"la müqaviləsi başa çatan Fərhad Vəliyev açıqlama verib.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qapıçı butsılarını mıxdan asmaq qərarına gəldiyini bildirib. İllərin təcrübəsi karyerasını məşqçi kimi davam etdirəcəyini söyləyib:
“Çempionatın gedişində futboldan getmək fikrim yox idi. "Sumqayıt"ın Avropa Liqası şansını əldən verməsi qərarıma təsir etdi. Fikirləşdim və getmək qərarını verdim. Məşqçi kimi çalışacam. 2 təklif almışam. Bunlardan biri "Sumqayıt"dır. Yaxın zamanda qərarımı verəcəm”.
Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Vəliyev milli komandamızda 32 oyun keçirib.(sportal.az)
Oxşar xəbərlər
"Səbail"in qapısını məşqçi qoruyacaq!
"Çərçivəyə qayıdan" Fərhad Vəliyev: "Belə məsləhət gördülər"
Vəliyev getdi, Cənnətov müqaviləni uzatdı, komanda yeni qapıçı axtarır
Vəliyev Sumqayıtı Bakıya dəyişdi
Fərhad Vəliyev üçün əlamətdar tur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası