reklam
Yığmamız Kameruna qalib gəldi
Sportfm.az xəbər saytı

Yığmamız Kameruna qalib gəldi


Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təsnifat Turnirində son oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Covanni Kapraranın baş məşqçi olduğu kollektiv D qrupunda III tur qarşılaşmasında Kamerunu sınağa çəkib. Görüş millinin 3:0 (25:17, 25:14, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. 

Kollektivdə Yelizaveta Səmədova ən çox - 13 xal toplayıb. Lakin daha öncədən hər iki komanda lisenziya şansını itirdiyi üçün bu oyun formal xarakter daşıyıb.

İlk turda Dominikan Respublikasına 0:3, ardından Braziliyaya 2:3 hesabı ilə uduzan Kapraranın komandası son turdakı qələbədən sonra xallarını 4-ə çatdırıb və qrupda 3-cü yeri tutub. 

Olimpiadaya vəsiqəni isə təşkilatçı Braziliya yığması qazanıb. "Sambaçılar" son turda Dominikan Respublikası üzərində 3:2 (25:22, 25:19, 23:25, 18:25, 15:10) hesablı qələbə sayəsində 7 xalla qrup birincisi olub. Eyni xala malik mərkəzi amerikalılar 2-ci yerlə kifayətlənib. Xalı olmayan Kamerun isə qrupda sonuncu yeri tutub.

Oxşar xəbərlər

Millimiz bu gün Bolqarıstanla qarşılaşacaq
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
Yığmamız Olimpiya Təsnifat Turnirinə yollandı
Millimiz olimpiada üçün Rusiyada hazırlığa başladı
Millimizin oyunlarının vaxtı dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər