Millimiz lisenziya xarakterli turnirin hazırlıqlarına başladı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa Voleybol Mərkəzində başlayıb.
Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Ardınca kollektiv Türkiyə və Polşada təlim-məşq toplanışında olacaq. Hazırlığın gedişində bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində olacaq.
A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.
Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.
A qrupu
7 yanvar
19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
8 yanvar
22:30. Bolqarıstan – Hollandiya
9 yanvar
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10 yanvar
23:00. Polşa – Azərbaycan
B qrupu
7 yanvar
16:00. Almaniya – Türkiyə
8 yanvar
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya
9 yanvar
16:00. Belçika - Xorvatiya
10 yanvar
16:30. Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika
Oxşar xəbərlər
Yığma komandamız Polşa ilə qüvvəsini sınayacaq
Milli komandamız "Fənərbaxça" ilə qarşılaşacaq
Azərbaycan millisinin oyunlarının təqvimi məlum oldu - SİYAHI
Azərbaycan millisinin oyunlarının təqvimi məlum oldu
Millimizin çıxış edəcəyi qrup müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası