reklam
Yığma komandamız Polşa ilə qüvvəsini sınayacaq
Sportfm.az xəbər saytı

Yığma komandamız Polşa ilə qüvvəsini sınayacaq


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Olimpiya lisenziya xarakterli turnir üçün hazırlığın son mərhələsinə start verib.

Sportfm.az xəbər verir ki, Türkiyə toplanışını başa vuran yığmamız axırıncı məşqlər üçün Polşaya yollanıb.

Vasif Talıbovun rəhbərlik etdiyi kollektiv burada hazırlıq çərçivəsində yoxlama matçı da keçirəcək. Voleybolçularımız Hollandiyada baş tutacaq Təsnifat Turnirində rəqiblərindən olan Polşa ilə üz-üzə gələcək. Yığmaların bir neçə sınaq oyunu keçirməsi planlaşdırılır.

Qeyd edək ki, Apeldorn şəhərində baş tutacaq Avropa Olimpiya Təsnifat Turniri yanvarın 7-12-də olacaq.

Oxşar xəbərlər

Millimiz bu gün Bolqarıstanla qarşılaşacaq
Voleybolçularımız Niderland qarşısında varlıq göstərə bilmədi
Polşaya məğlub olan millimiz Niderlanda yollandı
Milli komandamız "Fənərbaxça" ilə qarşılaşacaq
Millimiz lisenziya xarakterli turnirin hazırlıqlarına başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər