"Mançester Yunayted"in danışıq apardığı baş məşqçinin adı açıqlandı
İngiltərənin "Mançester Yunayted" klubu Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinonun nümayəndələri ilə əlaqə saxlayıb.
Sportfm.az xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı argentinalı mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətindədir.
"Mançester Yunayted" Ule-Qunnar Şulşerin rəhbərliyi altında Çempionlar Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Başakşehir"ə 1:2 hesabı ilə uduzub. Komanda Premyer Liqada 6 oyundan sonra 7 xal toplayıb və hazırda 15-ci pillədədir.
2019-cu ilin dekabrında İngiltərə mətbuatı Poçettinonun "Mançester Yunayted"in baş məşqçisi olmaq istədiyini yazıb.
Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.
Oxşar xəbərlər
“Mançester Yunayted”dən yeni rekord - Ardıcıl 13-cü səfər qələbəsi
Argentinalı baş məşqçi "Barselona"nın təklifini rədd etdi - İkinci dəfə
Mançesterlilərdən "Tottenhem"ə ağır zərbə
Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdır?
Rəhbərlik Mourinyonun qarşısına şərt qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası