Bakıda bu tarixlərdə metro gecə saat 2-yə kimi işləyəcək
Bakı metrosu “Avro-2020”nin oyunlarının ölkəmizdə keçirildiyi 4 gündə gecə saat 2-yə qədər işləyəcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-dək metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək.
Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.
Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.
Oxşar xəbərlər
"Qarabağ"a görə metro 1 saat artıq işləyəcək
Metro 01:00-dək işləyəcək - "Qarabağ" - "Bayer" oyununa görə
Bakı metrosu 01:00-a kimi işləyəcək - Konfrans Liqası
Yunanlarla oyun Bakı metrosunu hərəkətə gətirdi - iş rejimi dəyişdi
Final günü Bakı metropoliteni yenilik edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası