reklam
Cüdoçumuz gümüş medalı boynundan asdı -
Sportfm.az xəbər saytı

Cüdoçumuz gümüş medalı boynundan asdı -Dünya çempionatı


Azərbaycan cüdoçusu Turan Bayramov İtaliyanın Olbiya şəhərində gənclər arasında keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışa 1/16 final mərhələsindən başlayıb.

Bayramov ardıcıl olaraq, You-Çonq Lin (Çin Taypeyi), Merey Markhanbetov (Qazaxıstan) və Roman Valadye Pikarda (Fransa) qalib gəlib. Yarımfinalda Kamoliddin Baxtıyarovdan da güclü olan cüdoçu qızıl medal uğrunda görüşdə Giorgi Sardalaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bu gün mübarizəyə qoşulan Rəşad Quluzadə (66 kq) 1/32 final mərhələsində Uillis Qarsiyanı (Venesuela), ardınca isə Vasileyos Briolası (Yunanıstan) məğlubiyyətə uğradıb. Quluzadə növbəti raundda Maksim Qobertə (Fransa) yenilib. Eyni çəkidəki Kamran Süleymanov ilk görüşdəcə Azizbek Ortıkova (Özbəkistan) uduzub.

Qadın cüdoçulardan Səbinə Əliyeva (52 kq) 1/16 finalda Rebeka Kelleri (Macarıstan) mübarizədən kənarlaşdırıb. Növbəti qarşılaşmasında Liliya Nuqayevaya (Rusiya) qalib gələn idmançı 1/4 finalda Erza Muminoviqə (Kosovo) uduzub. Təsəlliveri dueldə Marina Diez Kastellodan (İspaniya) üstün olan Əliyeva bürünc medal uğrunda qarşılaşmada Binta Ndiaye (İsveçrə) ilə mübarizə aparıb. Rəqibinə məğlub olan cüdoçumuz 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunur. Yarışa oktyabrın 10-da yekun vurulacaq.

Oxşar xəbərlər

Cüdoçumuz Qran Pridə gümüş medal qazandı
Cüdoçularımızdan 4 medal - İslamiada
Azərbaycan cüdoçusu finalda - Dünya çempionatı
Cüdoçumuzlarımız yarımfinalda - Avropa kuboku
Turan Bayramov bürünc medal görüşünə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər