reklam
Sportfm.az xəbər saytı

"Latsio"nun sabiq ulduzu futvoleni çox sevir -Blits müsahibə


Birləşmiş Ərəb Əmirliklərində keçirilən futvole üzrə Dünya Çempionatının növbəti seçmə mərhələ turniri bitib. 

Sportfm.az xəbər verir ki, yarışda Kiko və Fabiodan ibarət Danimarka komandası hamıdan güclü olub.

Dubay çimərliyində gümüş və bürünc medalları müvafiq olaraq BƏƏ və İtaliya yığmaları qazanıb.

Turnirin oyunlarını idarə edən və mükafatlandırma mərasiminə qatılan Beynəlxalq Futvole Federasiyasının baş katibi Əfqan Həmzəyev qurumun özəl hədiyyəsi olan formanı yerli federasiyasının prezidenti Kevin Denekerə təqdim edib. Ona gözəl təşkilatçılığıa görə təşəkkür edən Həmzəyev gələcəkdə Dubayda daha mötəbər turnirlərin keçirilməsi üçün zəmin yarandığını bildirib. 

Seçmə mərhələ yarışında qüvvəsini sınayan idmançılar arasında baxımlı oyunu ilə seçilən, vaxtilə İtaliyanın "Latsio" klubunun şərəfini qoruyan Angelo Paradiso futvoleni çox sevdiyini, durmadan məşq etdiyini qeyd edib. O, deyib ki, bu idman növü növü ecazkarlığı ilə yanaşı, həm də köhnə dostları bir araya gətirir. Paradiso sevə-sevə turnirə qatıldığını, qələbə üçün təcrübələrinin çatmadığını söyləyib. Angelo Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutacaq bütün turnirlərə qatılmaq istədiyini də xüsusilə dilə gətirib. 

Qeyd edək ki, Dünya Çempionatının növbəti seçmə mərhələ yarışı 17-20 iyun tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək.  

Oxşar xəbərlər

Azərbaycan yığması Batumiyə geniş heyətlə yollanır
Danimarka yığması Bakıya gəlir - Dünya çempionatı
Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Dubay, Batumi, Arsuz.... Yarışların təqvimi açıqlandı
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər