Azərbaycan yığması Batumiyə geniş heyətlə yollanır
17-20 iyun tarixlərində Gürcüstanın Batumi şəhərində futvole üzrə Dünya Çempionatının seçmə mərhələ yarışı keçiriləcək.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutacaq turnir "Road to Baku" şüarı ilə təşkil ediləcək. Batumi çimərlik futbolu stadionundakı yarışda Azərbaycan yığmasının idmançıları da mübarizə aparacaq. Millimiz qonşu Gürcüstanda geniş heyətlə təmsil olunacaq - belə ki, bu dəfə seçmə mərhələdə miks cütlüklər(kişi/qadın) də iştirak edəcək.
Qeyd edək ki, Dünya çempionatının ilk seçmə mərhələ turniri Rio de Janeyroda baş tutmuşdu. Ardıcıl olaraq Dubayda idmansevərlərin görüşünə gələn növbəti yarışdan sonra sıra Batumiyə çatdı. Qara dəniz sahillərindən sonra futvoleçilər Türkiyənin Arsuz şəhərində bir araya gələcəklər.
Oxşar xəbərlər
Bələdiyyə sədri ziyafət verdi - FOTOLAR
Arsuz turnirə hazırdır - FOTO
"Latsio"nun sabiq ulduzu futvoleni çox sevir - Blits müsahibə
Dubay, Batumi, Arsuz.... Yarışların təqvimi açıqlandı
Daha bir seçmə mərhələ turniri baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası