reklam
Azərbaycan yığması favoritlər sırasında -
Sportfm.az xəbər saytı

Azərbaycan yığması favoritlər sırasında -FOTOLAR


Gürcüstanın Batumi şəhərində keçirilən futvole üzrə Dünya Çempionatının seçmə mərhələ turnirinin püşkatma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, 12 yığma komandanın kişi cütlüklər və miks(qadın/kişi) növündə mübarizə aparacağı yarışın tədbiri “Dinamo” Batumi futbol klubunun stadionunda baş tutub.
Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov və
BFF-nin baş katibi Əfqan Həmzəyev püşkatma mərasimində komandaların üzvlərini və rəsmi nümayəndələri salamlayaraq, Qara dəniz sahilində olacaq turnir barədə məlumat veriblər. Qurumun bayrağı altında keçirilmiş digər seçmə turnirlərdən bəhs edən Vüsal Xəlilov, Batumidə qüvvəsini sınayacaq millilərə uğur diləyib.
Sonra püşkatma start götürüb. “Road to Baku” şüarı ilə təşkil edilən yarışın püşkatması nəticəsində maraqlı idman mübarizəsinin yaşanacağı ortaya çıxıb. Belə ki, Fəyar Hüseynov və Namiq İsgəndərovdan ibarət Azərbaycan cütlüyü favoritlərindən olan İsrail və Türkiyə ilə fərqli qruplara düşüb. Bu isə komandamızın medal qazanmaq şansını artırır.
Qeyd edək ki, turnirdə hər iki növdə yarımfinala çıxan komandalara kubok və medallar təqdim edilməklə bərabər, onlara yüksək pul mükafatları da veriləcək.
Xatırladaq ki, Azərbaycanı miksdə futbol millimizin sabiq üzvlərindən biri Anna Abulaşvili təmsil edəcək.
Sizə qrupların tərkibini təqdim edirik.
Kişi cütlüklər
A qrupu
İsrail-1
İsrail-3
Gürcüstan-1
B qrupu
İsrail-2
Gürcüstan-2
Braziliya
C qrupu
İran-2
Qazaxstan
Azərbaycan
D qrupu
İran-1
Litva
Türkiyə
Mikslər(qadın/kişi)
A qrupu
Gürcüstan 2
İsrail 1
BƏƏ
B qrupu
Gürcüstan 1
İsrail 2
Azərbaycan
Batumidəki çimərlik futbolu stadionundakı yarışda bugün qrup mərhələsinin görüşləri, sabah isə pley-off oyunları keçiriləcək.

 

 

 

 

 

 

 

Oxşar xəbərlər

Türkiyə, yoxsa Braziliya, Braziliya, yoxsa Türkiyə FOTOLAR
Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR
Azərbaycan yığması Batumiyə geniş heyətlə yollanır
Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Dubay, Batumi, Arsuz.... Yarışların təqvimi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər