Bələdiyyə sədri ziyafət verdi -FOTOLAR
Türkiyənin Arsuz şəhərində keçiriləcək futvole üzrə Dünya Çempionatının seçmə mərhələ turnirindən öncə media nümayəndələri üçün ziyafət verilib.
Sportfm.az xəbər verir ki, 50-yə yaxın yerli və xarici jurnalistlərin bir araya toplaşdığı tədbirdə Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutacaq yarışla bağlı suallar da cavablandırılıb.
Arsuz Bələdiyyəsinin sədri Asaf Güven “Road to Baku” şüarı ilə keçiriləcək 12 ölkənin yığmasının mübarizə aparacağı belə mötəbər turnirə ev sahibliyi edəcəklərindən dolayı çox sevindiklərini və işin məsuliyyətini dərk etdiklərini söyləyib. Əsas təşkilatçı Ayhan Dik və BFF-nin baş katibi Əfqan Həmzəyev qələm əhlinə təşəkkür edərək, futvolenin populyarlıq qazanması üçün onların rolunun böyük olduğunu vurğulayıb.
Xatırladaq ki, Arsuzdakı seçmə mərhələ turnirində kişi cütlüklərlə yanaşı, miks(qadın/kişi) növündədə idmançılar qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnir 30 iyun 2 iyul tarixlərində keçiriləcək.













Oxşar xəbərlər
Arsuz turnirə hazırdır - FOTO
Azərbaycan yığması Batumiyə geniş heyətlə yollanır
Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Dubay, Batumi, Arsuz.... Yarışların təqvimi açıqlandı
Daha bir seçmə mərhələ turniri baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası