İsraildə seçmə mərhələ start götürdü -6 komanda Bakıya gələcək
24 martda İsrailin Eylat şəhərində futvole üzrə Dünya Çempionatının ilk seçmə turniri start götürüb.
Sportfm.az xəbər verir ki, 20 kişi və 16 qadın komandasının iştirak etdiyi yarışda ötən il Dünya çempionatının final mərhələsində mübaribə aparan bir çox tanınmış kollektiv qüvvəsini sınayır.
Eylatda baş tutan turnirdə sonuncu dünya çempionları və reytinq cədvəlində ilk sırada olan cütlük - Franklin və Hiltinho da yarışır. Qadın cütlüklər arasında dünya çempionu olan Natalya və Vanessa, gümüş medalın sahibləri Lana və Josefa da titul qazanmaq üçün çalışır.
İsraildə ölkəmizi Azərbaycan Futnet Federasiyasının və Beynəlxalq Futvole Federasiyasının baş katibi Əfqan Həmzəyev təmsil edir.
Qeyd edək ki, ilkin seçmə mərhələdə həm qadın, həm də kişi komandaları arasında ilk 3 yeri tutan kollektivlər avqustda Bakıda baş tutacaq Dünya çempionatına vəsiqə əldə edəcək.
Xatırladaq ki, turnir 26 martda başa çatacaq.




Oxşar xəbərlər
Azərbaycan yığması Batumiyə geniş heyətlə yollanır
Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Daha bir seçmə mərhələ turniri baş tutacaq
Rio de Janeyrodan Bakıya aparan yol - Seçmə mərhələ start götürdü
Su İdmanı Sarayında futvole üzrə turnir baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası